6 oktyabr 2014 13:20
Millimizin üzvləri Bundesliqa matçında
Futbol üzrə Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində qarşılaşacağı İtaliya və Xorvatiya ilə oyunlara Almaniyanın Frankfurt şəhərində hazırlaşmağa davam edir. Azerisport.az xəbər verir ki, millimizin üzvləri bu toplanış zamanı oktyabrın 4-də Almaniya Bundesliqasının 7-ci turu çərçivəsində keçirilmiş "Ayntraxt" - "Köln" matçını (3:2) canlı izləməyə də imkan tapıblar.
