6 oktyabr 2014 13:00
İtaliya və Xorvatiya ilə oyun öncəsi millimiz itki ilə üzləşdi
Futbol üzrə Azərbaycan yığması AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiyaya qarşı oyunlar öncəsi itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, komandamızın müdafiəçisi Ruslan Əmircanov Frankfurt toplanışı çərçivəsində zədələnib.
Bu üzdən də o, Bakıya yola salınıb. "Qəbələ"nin müdafiəçisinin zədəsi ciddi olduğundan, İtaliya və Xorvatiyaya qarşı oynaya bilməyəcək.
Qeyd edək ki, İtaliya ilə oyun oktyabrın 10-da Palermoda, Xorvatiya ilə matç isə ayın 13-də Osiekdə baş tutacaq.
