6 oktyabr 2014 12:05
Qarabağ Emeqara ilə güclənir
"Qarabağ" yeni hücumçu ilə güclənməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, bu, Nigeriya əsilli isveçrəli futbolçu İnnosent Emeqaradı.
Klubdan azerisport.az saytına verilən xəbərə görə, İsveçrə yığmasının və İtaliyanın "Livorno" klubunun sabiq frovardı artıq Bakıdadı. Onunla tezlklə 3 aylıq müqavilə imzalanacaq. Bir sözlə, Emeqara ən azı yanvar ayına kimi, "Qarabağ"ın şərəfini qoruyacaq.
Maraq üçün onu da qeyd edək ki, Emeqara Avropa Liqasının qrup mərhələsinin oyunlarında "Qarabağ"a kömək edə bilməyəcək.
