6 oktyabr 2014 11:15
İnter Qarabağdan sonra darmadağınla üzləşdi
Futbol üzrə İtaliya çempionatında 6-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "İnter" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Fiorentina" ilə qarşılaşıb. Oyun qonaqların 0:3 hesablı darmadağını ilə başa çatıb.
Qeyd edək ki, "İnter" hazırda 8 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.
