6 oktyabr 2014 00:45
Toğrul Erat: İtaliyaya qarşı oynamağı çox arzulayıram
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Toğrul Erat AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliya və Xorvatiyaya qarşı oyunlara dəvət olunmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Foqtsun məni Frankfurt toplanışına çağıracağını gözləyirdim. İtaliya yığmasına qarşı oynamağı çox arzuladığımı gizlətmirəm. Bu, dünyanın ən güclü komandalarından biridi. Millinin Bolqarıstanla son oyununa baxa bilmdim. Çünki həmin vaxt gənclərdən ibarət millidə idim. Komandamız tsiklə məğlubiyyətlə başladı. Amma qarşıdakı oyunlarda qələbə qazanmağa çalışacağıq. İnanıram ki, yaxşı nəticə qazana bilərik".
