6 oktyabr 2014 00:25
Eddi İsrafilov Qranadanın məğlubiyyətinə şahidlik etdi
Futbol üzrə İspaniya La Liqasında 7-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Malaqa" ilə qarşılaşıb. Oyun qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb. Eddi bu oyunda ehtiyatda qalıb.
Qeyd edək ki, İsrafilovun komandası 8 xalla 12-ci yerdə gedir.
