6 oktyabr 2014 00:20
Şükürov yenə qələbəyə həsrət qaldı
Futbol üzrə Türkiyə çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Mahir Şükürovun komandası "Karşıyaka" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Orduspor"la qarşılaşıb. Qarşılaşma qolsuz başa çatıb. Mahir 90 dəqiqə meydanda olub.
Hazırda Şükürovun komandası 5 xalla 11-ci yerdə gedir.
