6 oktyabr 2014 00:15
Subaşiçin qolu Manisaspora xal qazandırdı
Futbol üzrə Türkiyə çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası "Manisaspor" da növbəti matçına çıxıb.
Sözügedən komanda öz meydanında "Antalyaspor"la qarşılaşıb. Qarşılaşma 3:3 hesabıyla başa çatıb. Subaşiç oyundakı ilk qolun müəllifi olub.
Hazırda Subaşiçin komandası 4 xalla 18-ci yerdə gedir.
