6 oktyabr 2014 00:10
Qarabağın rəqibi evdə məğlub oldu
Futbol üzrə Fransa çempionatında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Sent-Etyen" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Tuluza" ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Sent-Etyen" hazırda 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
