6 oktyabr 2014 00:05
Qarabağın rəqibi Ukrayna çempionatının lideridi
Futbol üzrə Ukrayna çempionatında 8-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Dnepr" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "İliçevets"lə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "Dnepr" hazırda 22 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.
