5 oktyabr 2014 15:30
Nazarov oynadı, komandası uduzdu
Almaniya 2-ci Bundesliqasında 9-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" səfərdə "Kayzerslautern"in qonağı olub.
Qarşılaşma 2:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Millimizin üzvü bu oyunun 46-cı dəqiqəsində meydana çıxıb.
Hazırda Nazarovun komandası 12 xalla 9-cu yerdə gedir.
