5 oktyabr 2014 13:45

“Biz Bakını çempion olsun deyə sevmirik"

Məlum çətinliklərin fonunda bir çox azarkeşlər “Bakı”nı tərk etdi. Lakin bu sözlər “The Capital” (“Paytaxt”) Azad Azarkeş Qrupuna aid deyil.

Azerisport.az xəbər verir ki, Ramil Məmmədovun rəhbərliyi altında olan fanat qrupu “Bakı”nın hər bir oyununda tribunada öz yerini tutaraq müxtəlif ruhlandırıcı şüarlarla klubu dəstəkləyirlər. Elə bu səbəbdən də klubun sadiq azarkeşlərinə üz tutaraq onlar barədə məqalə hazırlamaq qərarına gəldik. Onlar nəticə üçün deyil, klubu sevdikləri üçün oyuna gəldiklərini deyirlər.

“The Capital”ın rəhbərinin fikirləri ilə tanış olaq: “Biz həmişə “Bakı”nın yanında, kluba dəstək olmuşuq. Yaxşı günlərdə yanındaydiqsa bu günlərdə də onu tək buraxa bilməzdik. Çünki biz “Bakı”nı çempion olsun deyə sevmirik, biz “Bakı” ilə yaşayırıq. İstər yaxşı, istərsə də pis günündə hər zaman ürəyimizdə “Bakı” sevgisi var və  həmişə də olacaq!”

Azarkeş qrupunun fəallarından olan Anton Şvesov da həyatını “Bakı”sız təsəvvür edə bilmədiyini dilə gətirib: “2010-cu ildən “Bakı”ya azarkeşlik edirəm. İlk dəfə məhəllə uşaqlarımız “Qarabağ”a qarşı oyunda məni stadiona aparmışdılar. Həmin oyunda “Bakı” 0:1 uduzmuşdu. Sonra uşaqların çoxu komandanın zəif olduğunu görüb meydana gəmədilər. Amma o gündən bu günə mən “Bakı”nı ürəkdən sevdim. Bu klub  həyatımda çox önəmli bir yer tutur, həyatımı “Bakı”sız təsəvvür edə bilmirəm. Saytınız vasitəsi ilə futbolçularımıza demək istəyirəm ki, bütün problemlərə baxmayaraq axıra kimi oynasınlar. Udsalar da, uduzsalar da, unutmasınlar ki, biz hər zaman onların yanında olacağıq, sona kimi dəstəkləyəcəyik. Biz sizinlə fəxr edirik”.

Fəallardan olan Yaqub Abbasov isə azarkeşlərdən gileyləndi: “Klubu nəyə görə sevdiyimi başa sala bilmərəm. Bu sevgini yaşamaq lazımdı. Azarkeşlik içdən gələn bir hissdi, bağlılıqdı. “Bakı” həyatımın bir parçasıdı. Onun oyunları bizim üçün təqvimdə bayram günləridi. İnanıram ki, klub tezliklə bu çətin vəziyyətdən çıxacaq və öz oyunu ilə onu gözügötürməyənlərin cavabını verəcək. Hafiz müəllimə səbirli olmağı arzulayıram. Bəzi həmkarlarıma da küsgünəm. Onlara sözüm var: Çalışın yaxşı günün fanatı olmayın. Yaxşı günlərdə oyunlara  yüzlərlə “Bakı” azarkeşi toplanırdı, indi haradadır onlar? Bizim üçün heç bir fərqi yoxdur lap tək qalsam da sona qədər stadiona gəlib komandamı dəstəkləyəcəyəm”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.