5 oktyabr 2014 13:30
İnter toplanışın 2-ci gününü ikitərəfli oyunla başa vurdu
"İnter" Gürcüstanda təlim-toplanışındadı. Azerisport.az xəbər verir ki, ötən gün məşqdən öncə komandanın baş məşqçisi Kaxaber Sxadadze Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib, hamıya firavanlıq və cansağlığı arzulayıb.
Sonra komandanın çalışdırıcısı məşq prosesində yerinə yetiriləcək tapşırıqlar barədə qısa məlumat verib. Toplanışın ikinci günündə komanda məşq prosesinə isinmə hərəkətlərilə başlayıb. Sonra futbolçular taktiki tapşırıqlar üzərində çalışıblar. Məşq ikitərəfli oyun keçirməklə başa çatıb.
Qeyd edək ki, "İnter" bu gün də iki məşqə çıxacaq.
