5 oktyabr 2014 12:56

Şahin Diniyev: Səviyyə fərqi millimizin də oyunlarında sözünü deyəcək

Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin azerisport.az saytına müsahibəsi

- Sizcə, "Qarabağ"ın Avroliqanın qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə 2 cavabsız qolla uduzmasına nə səbəb oldu?
- Səviyyə fərqi sözünü dedi. "Qarabağ" öz çalışqanlığı ilə fərqlənmək istəsə də, bu, yetərsiz oldu. Amma etiraf edim ki, bizimkilərin çıxışından razı qaldım. Həqiqətən, heç də pis oynamadılar. Layiqli mübarizə apardılar. Sadəcə, qol vura bilmədilər.

- Bəs qol vura bilməməyin səbəbini nədə görürsüz?
- "Qarabağ" zəif komandalara qarşı oynayanda düşünmək üçün zaman olur. Amma "İnter" kimi komandalarla oyunlarda qərar vermək üçün düşünməyə vaxt olmur. Hər şeyi çox sürətlə etmək lazımdı.

- "İnter"in "Qarabağ"la oyuna ciddi yanaşmadığı bildirilir. Razısız?
- Böyük beşlik ölkələrinin təmsilçiləri üçün Çempionlar Liqası daha üstündü. Avropa Liqası onlar üçün ÇL qədər maraqlı deyil. Amma buna görə "Qarabağ"ın əməyinə kölgə salmaq olmaz. Komandamız Avropanın ən titullu klublarından birinə qarşı layiqli mübarizə apardı. Hamımız Ağdam klubunun Milanda qələbə qazanmasını arzulayırdıq. Amma gəlin etiraf edək ki, komandamızın elə qrup mərhələsinə vəsiqə qazanmasının özü də böyük bir uğurdu.

- Rəşad Sadıqovla Çumbinyonun yoxluğu hiss olundu?
- Onların hər ikisi "Qarabağ"ın aparıcı futbolçusudu. Əlbəttə, meydanda olmaları komandaya böyük kömək idi. Amma onların hər ikisi ilk dəqiqələrdən meydanda olsaydı da belə, çətin ki vəziyyəti 180 dərəcə dəyişə bilərdilər.

- Yığmamızın İtaliya və Xorvatiya ilə oyunlarından nə gözləyirsiz?
- Siz, mən, bütün futbolsevərlər yığmamızdan müsbət nəticə gözləyir. Amma gəlin hər şeyə real baxaq. Bu gün belə rəqiblərdən hətta bir xal almağımız da sensasiya hesab olunacaq. İtaliya dünyanın ən güclü yığmalarından biri hesab olunur. Fikrimcə, səviyyə fərqi millimizin də oyunlarında sözünü deyəcək.

- Berti Foqtsun Mahir Şükürovla Vaqif Cavadovu yığmaya çağırmamasını necə qarşıladız?
- Bu, baş məşqçinin qərarıdı. Bu qərara hörmətlə yanaşmağımız lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.