5 oktyabr 2014 11:40
Dadaşovun komandası ilk pillədə
Futbol üzrə Almaniya Cənub Regional Liqasında 12-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Rüfət Dadaşovun komandası "Saarbryükken" səfərdə Trir "Ayntraxt"ı ilə qarşılaşıb.
Azərbaycanlı futbolçunun komandası bu görüşdən 2 cavabsız qolla qalib ayrılıb. Amma Rüfət bu matçın iştirakçısı olmayıb.
Hazırda Dadaşovun komandası 13 xalla 1-ci yerdə gedir.
