5 oktyabr 2014 11:30
Türkiyə çempionatında Azərbaycan derbisi sülhlə bitdi
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cavid İmamverdiyevin komandası "Elazığspor" digər həmyerlilərimizin - Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budağın şərəfini qoruduğu "Qaziantep BB" ilə qarşılaşıb.
Bu oyun 2:2 hesabıyla başa çatıb. Qonaqların bir qoluna İmamverdiyev imza atıb. Start heyətdə meydana çıxan Cavid 80-ci dəqiqədə əvəzlənib.
Meydan sahiblərinin heyətində Budak 90 dəqiqə oynayıb. Cavadovla Hacıyev isə müvafiq olaraq 73-cü və 87-ci dəqiqələrdə meydana çıxıb.
Hazırda "Elazığspor" 5 xalla 9-cu yerdə gedir. "Qaziantep BB" isə 4 xalla 15-cidi.
