5 oktyabr 2014 11:10

Namiq Yusifov: Reynaldodan qol gözləyirdim

"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun azerisport.az saytına müsahibəsi

- Avroliqada İtaliya "İnter"inə qalib gəlməyinizə nə mane oldu?
- Biz yaxşı hazırlaşmışdıq. Hamımız İtaliyadan xalla qayıdacağımıza inanırdıq. İlk 20 dəqiqədə yaxşı oynadıq, topu özümüzdə saxlaya bilirdik, hətta qələbə də qazana bilərdik. Amma "İnter" bizə heç nədən qol vurdu və bu, bizi çox məyus etdi.

- Reynaldonun çoxlu qol epizodu olsa da, yararlana bilmədi...
- Etiraf edimki, ondan qol gözləyirdim. Qol vurmaq üçün çoxlu imkanlar yaxaladı. Amma "İnter"in müdafiə xəttinə qarşı oynamaq çox çətin idi. Təəssüf ki, qol vurmağı bacarmadıq. Görünür, qismət deyilmiş.

- İlk qolda kobud səhvə yol verdiz, İlqar Qurbanovla Admir Teli bir-birini başa düşmədi...
- Belə şeylər olur. Onlar bir-birinə ümidli oldular. Halbuki, topu çıxara bilərdilər.

- Sizdə, bu məğlubiyyətdə həlledici rol oynayan nə oldu?
- Təcrübə öz sözünü dedi. İtalyanlara qarşı müdafiə olunmaq asan deyildi. Biz maksimum güc qoyduq. Sadəcə, alınmadı.

- Qurban Qurbanov oyundan sonra nə dedi? Sizdən razı qalmışdı?
- Onun tapşırıqlarını olduğu kimi yerinə yetirə bilmədik. Hardasa alındı, hardasa yox. Qurbanov rəqibi yaxşı analiz etmişdi, biz bu oyunda nəticə qazana bilərdik. Amma istədiyimiz kimi oynaya bilmədik. Məncə, "İnter"in qələbə qazanması üçün elə də çox şansı yox idi.

- "İnter" gözlədiyiniz qədər güclü təsir bağışladı?
- Əlbəttə. Avropanın aparıcı klublarından birinə qarşı oynadıq. Sonadək oynadıq. Çox qol epizodu yaratmalarına imkan vermədik. Heç-heçəyə ümid edirdik. Alınmadı.

- Bu məğlubiyyətdən sonra qrupdan çıxmaq şanslarınız necədi?
- Hər şeyə "Dnepr"lə oyunda aydınlıq gələcək. Allah eləsin ki, Kiyevdə hər şey yaxşı olsun. O zaman Bakıda qələbə qazana bilərik. Baxaq, görək nə olur. Amma biz özümüzə inanırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.