4 oktyabr 2014 18:45
Bonuççi: Azərbaycan və Maltayla oyunlardan 6 xal gözləyirəm
Futbol üzrə İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan və Malta millisinə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz qarşıdakı oyunlarda iki qələbə, altı xal qazanmalıyıq. Baş məşqçi hələ heyəti açıqlamayıb. Amma biz Avropa çempionatına vəsiqə qazanmaq istəyirik. Buna görə də uğurlu seriyamızı davam etdirməliyik".
