4 oktyabr 2014 18:30
Rail Məlikov Dənizlispora yenə lazım olmadı
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Rail Məlikovun komandası "Dənizlispor" öz meydanında digər futbolçumuz Ayaz Mehdiyevin klubu "Girəsunspor"u qəbul edib.
Qarşılaşma qolsuz başa çatıb. Məlikov bu oyunda ehtiyatda qalıb. Mehdiyev isə iştirak ərizəsinə salınmayıb.
Hazırda Məlikovun komandası 7 xalla 5-ci yerdə gedir.
