3 oktyabr 2014 16:39
Rəşad Sadıqov milliyə dəvət olunub
«Qarabağ» klubunun üzvü Rəşad Sadıqov Azərbaycan milli komandasının heyətinə dəvət edilib. Azerisport.az xəbər verir ki, hazırda zədəli olan futbolçu milli komandanın tibbi personalı tərəfindən müayinə olunacaq və buna əsasən, millimizin oktyabrın 10-da İtaliya, 13-də isə Xorvatiya yığması ilə keçirəcəyi oyunda oynayıb-oynamayacağı barədə qərar veriləcək. (AFFA)
