3 oktyabr 2014 11:51
Abışov yığmadan kənar qaldı
“Qəbələ” klubunun üzvü Ruslan Abışov zədəli olduğu üçün Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak etməyəcək. Azerisport.az xəbər verir ki, millimiz Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da İtaliya, 3 gün sonra isə Xorvatiya yığması ilə qarşılaşacaq. Xatırladaq ki, toplanış bu gündən etibarən başlayır və oktyabrın 14-dək davam edəcək. (AFFA)
