2 oktyabr 2014 14:30
İnter 294 dəqiqədi qol buraxmır
Bu gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"ı qəbul edəcək İtaliya "İnter"i 294 dəqiqədi öz qapısından qol buraxmır. Azerisport.az xəbər verir ki, bu komandanı sonuncu dəfə 2013-cü ilin mart ayının 14-də "Tottenhem"in hücumçusu Emmanuel Adebayor məyus edib.
Avroliqanın bu mövsümündə isə Valter Matsarinin komandası heç bir oyunda qol buraxmayıb.
Qeyd edək ki, "Qarabağ" bu gün "İnter"in qonağı olacaq.
