2 oktyabr 2014 12:35

İbrahim Şehiç: İnter Qarabağa asanlıqla qalib gələ bilməyəcək

"Qarabağ"ın qapıçısı İbrahim Şehiçin Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"inə qarşı oyun öncəsi azerisport.az saytına müsahibəsi

- Qarşıdakı oyun öncəsi fikirlərinizi bilmək istərdik...
- Bu, qrupumuzdakı ən çətin oyunlarımızdan biridi. Bu turnir İtaliya klubu üçün çox vacibdi. "Qarabağ" üçün tarixi bir matçdı. Belə bir arenada oynamaq hər gün qismət olmur. Nəyə qadir olduğumuzu göstərməliyik.

- Mümkündü ki, sizin üçün bu görüşdə daha çətin olsun...
- Bəli, bu oyunda mənim işim daha çox olacaq. Amma inanıram ki, komanda yoldaşlarımın işi daha asan olar.

- "Qarabağ"ın nəhəng rəqibi qarşısında psixoloji baxımdan problem yaşaması mümkündü?
- Əlbəttə, "İnter" Avropa futbolunun nəhəng klublarından biridi. Amma mən düşünmürəm ki, komandamız bu oyunda rəqibdən qorxa. Rəqiblə müqayisədə bizim avrokuboklarda elə də böyük təcrübəmiz yoxdu. Amma biz Milan təmsilçisinə müqavimət göstərəcək gücdəyik.

- Komandanız "İnter"lə oyunda nəyə ümid edir?
- Komanda üzvləri arasında anlaşma səviyyəsi çox yaxşıdı. Yaxşı müdafiə olunmağı, hücum etməyi bacarırıq. "İnter" "Qarabağ"la oyunda asan qələbə qazana bilməyəcək.

- Bəs necə olacaq?
- Mümkündü ki, ümumiyyətlə məğlub olmayaq. Uduzmamaq üçün əlimizdən gələni edəcəyik. Milana bunun üçün gəlmişik. Minimum vəzifə heç-heçədi, amma biz qələbə qazanmağa çalışacağıq. Niyə də olmasın?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.