2 oktyabr 2014 01:10

Qurban Qurbanov: İnterə oynamağa imkan verməməliyik

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə oyundan əvvəl keçirilən mətbuat konfransında fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:

"Çox güclü komandaya qarşı mübarizə aparacağıq. Yaxşı məşqçiləri var. Demək olar ki, hər oyun fərqli heyətlə oynayırlar. Xüsusilə, çempionatda son məğlubiyyətdən sonra  "İnter”in heyətində çox dəyişikilklər olacaq. Üstünlüyün rəqib tərəfində olduğunu bilirik. Bizi çətin və ağır oyun gözləyir. Çalışacağıq ki, öz oyunumuzu göstərib, sərfəli nəticə qazanaq. Nəticənin bizim üçün nə qədər uğurlu olub-olmadığını oyundan sonra deyə bilərik. İndidən bu haqda düşünmək istəmirik. Fikrim komandanı oyuna düzgün hazırlamaqdı. Əsas odu "İnter”ə oynamağa imkan verməyək. Məni də çətin sınaq gözləyir. Belə komandaya qarşı oynamaq özü bir böyük təcrübədi. Sistemlərini bilirik, futbolçularına bələdik. Amma onlar meydana fərqli heyətlə çıxa bilərlər. Buradan xalla ayrılsaq, bizim üçün uğurlu nəticə olar. Ola bilər ki, "İnter”in çempionatdakı 1:4 hesablı məğlubiyyəti hamını yanıldır. Bu gün qrupun favoriti "İnter”di. Bizə burada nə qədər çətin olacaqsa, "İnter”ə qarşı oynamaq "Sent-Etyen”ə bundan da ağır olacaq. Komandanı Milana 3 gün əvvəl tez gətirdik. Belə bir proqram tutduq ki, futbolçular bir qədər də burada artıq olsunlar və buralara uyğunlaşsınlar. Həqiqətən də bu matçın yeri başqadı. Baxmayaraq ki, biz "Borussiya”ya qarşı da oynamışıq. Hər ikisi öz ölkəsinin nəhəng klublarından sayılır. İlk dəfə İtaliya klubuna qarşı oynayacağıq. İşğal olunduğu üçün ev oyunlarımızı Ağdamda keçirə bilmirik. Hər dəfə bu sual mənə veriləndə torpaqlarımızın düşmən tapdağı altında olmağı yadıma düşür. Bunu heç kimə arzulamıram. İnşallah, torpaqlarımız geri alınacaq və biz doğma meydanımızda oynayacağıq”. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.