1 oktyabr 2014 16:53

Mitreski: Qarabağın İnter ilə heç-heçəsi əla, qələbəsi fantastik nəticə olacaq

"Neftçi"nin sabiq müdafiəçisi İqor Mitreskinin azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın Avroliqadakı çıxışını izləyirsiz?
- Əlbəttə. Onlara azarkeşlik edirəm. Çox istərdim ki, daha bir Azərbaycan klubu "Cüzeppe Meatsa"da yaxşı çıxış etsin. Bu, çox yaxşı bir ənənə olardı.

- Vaxtilə "Neftçi"nin heyətində "İnter"ə qarşı oynamış bir futbolçu kimi ağdamlılara nəyi məsləhət görərdiz?
- İlk növbədə maksimum güclə oynamağı. Əks halda milanlılarla görüşdə heç nə alınmayacaq. Sürətdə rəqibdən geri qalmamağa çalışmaq, müdafiədə sayıq oynamaq lazımdı. İrəli atılmağı da məsləhət görmürəm. Amma əminəm ki, Qurban Qurbanov mənim bu sözlərim olmadan da nəyi necə etmək lazım olduğunu yaxşı bilir. Onun bu sahədə kifayət qədər təcrübəsi var.

- "Qarabağ" Fransa "Sent-Etyen"i ilə oyunda yaxşı çıxış etdi, amma qələbə qazana bilmədi...
- "Sent-Etyen"lə "İnter" arasında müəyyən səviyyə fərqi var. Həm də "Sent-Etyen"lə oyun Bakıda idi, indi isə matç İtaliyada baş tutacaq. Bunlar tamamilə fərqli məqamlardı.

- "İnter"in bu oyuna tam heyətlə çıxmamasını gözləmək olar?
- Dəqiq necə olacağını deyə bilmərəm. Amma son turda "Kalyari"yə uduzduğuna görə bu komanda vəziyyəti düzəltməyə çalışacq. Onların 25 çox güclü futbolçusu var. "İnter"dən zəif heyət gözləməyə dəyməz. Kiminlə də oynasalar, "Qarabağ"a çətin olacaq.

- "Qarabağ" nəyə ümid edə bilər?
- Heç-heçə əla, qələbə fantastik nəticə olacaq. "Neftçi" iki il öncə "İnter"ə qarşı pis oynamadı və iki qol vurdu. Hər şey də ədalətli oldu. Ağdamlılara da uğurlu oyun arzulayıram.

- Əfsanəvi stadionda oynamaq "Qarabağ"ın gənclərinə çətin olmayacaq?
- Asan olmayacaq. Amma oyundan həzz almağa çalışmaq lazımdı. Hər gün belə stadionda oyuna çıxmaq qismət olmur.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.