1 oktyabr 2014 14:30

Böyükağa Hacıyev: Qarabağa inamım Azərbaycan millisindən çoxdu

"Neftçi" klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev azərisport.az saytına açıqlamasında "Qarabağ"ın və Azərbaycan millisinin İtaliyadakı oyunları barədə danışıb, Ağdam təmsilçisinə inandığını deyib.

- "Qarabağ" Avroliqadakı növbəti oyunu İtaliya "İnter"inə qarşı keçirəcək. Siz komandamızın şanslarını necə qiymətləndirirsiz?
- İlk olaraq qeyd edək ki, "İnter" dünyanın ən güclü klublarından biridi. Bu komandanın təqdimata ehtiyacı yoxdu. Hər zaman iddialı olan komanda bu gün də uğurlu çıxış etmək arzusundadı. "Neftçi" ilə oyundan sonra neradzura bir neçə futbolçusunu "Liverpul"a satdı. Demək istədiyim odu ki, "İnter" hər zaman "İnter"di. Bu komanda zəif dövründə belə ulduz futbolçulara malikdi. Hazırda kifayət qədər yaxşı heyəti var. Güclü olsalar da, məğlubedilməz deyil. "Qarabağ"ın şansı öz oyunundan asılıdı. Mən bu komandaya inanıram.

- "Neftçi" ilə oyundakı "İnter" çox dəyişib?
- A seriyasında çempionluğa oynayan komanda güclənə bilər. Yəni, zəifləmək barədə danışmaq düzgün olmaz. O vaxtkı heyətdən bir neçə futbolçu komandanı tərk edib. Müqayisə etmək istəməzdim, neradzura hər zaman qitənin ən güclülərindəndi. Möhtəşəm stadionları var. Bax o stadionda hər bir futbolçu fərqlənmək istəyər.

- Reynaldo və Almeyda duetindən uğur gözləmək olar?
- "Qarabağ" təkcə iki futbolçudan ibarət deyil. Onların gözəl taktikaları var. Topu özlərində saxlamaqla müdafiənin arxasından əks hücumla təhlükə yaratmaq maraqlı fikirdi. Mən Vüqar Nadirovdan, Qara Qarayevdən gözəl oyun gözləyirəm. Nadirov yaxşı formadadı. Çalışmalıdı ki, komandaya köməyi dəysin. Reynaldoyla Almeyda bu ansamblda sözünü deyə bilər. Uğurun açarı komanda oyunundadı.

- "İnter" üçün indiki halda A Seriyası daha vacib sayılar, yoxsa Avroliqadakı uğur?
- "Neftçi" ilə birlikdə iki oyun onlara qarşı oynamışıq. Əgər İspaniya təmsilçisi olsaydı, razılaşardım. Primero klubları üçün La Liqa daha vacibdi. Amma İtaliya klubları üçün həm A Seriyası, həm də Avroliqa böyük əhəmiyyət kəsb edir. Bundan arxayın olun. Neradzura tez bir zamanda pley-offa çıxmaq şansını həll etmək istəyir.

- "İnter"in azarkeşləri barədə nə demək olar. Rəqibə çox təzyiq edirlər?
- İtaliyalı azarkeşlər hamıya məlumdu. Çılğınlığı, emosionallığına görə. Amma "Qarabağ" ev oyunlarında güclü azarkeş dəstəyi ilə mübarizə aparıb. Bu mənada problem olmamalıdı. Yəqin, səfərdə də dəstəksiz qalmayacaq.

- "Sent-Etyen"ə qarşı oyunu nəzərə alsaq, "Qarabağ"dan hansı nəticəni gözləmək olar?
- Mən düşünürəm ki, "Qarabağ" Bakıya xalla qayıdacaq. Məşqçilər rəqibi yaxşı təhlil ediblər. İndiki halda "Qarabağ" inkişafdadı. Yaxşı heyəti var. Onlar "İnter"dən xal ala bilər. Komandaya inamım millidən çoxdu. Bakıda Avroliqanın ilk oyununda gördüyümüz mübarizə bizə ümid verir. Klubumuza inamım var. Amma millinin işi İtaliyada çətin olacaq.

- Niyə elə düşünürsüz?
- Foqts yenə bizi təəccübləndirdi. Cavadovu, Şükürovu çağırmadı. Mən demirəm ki, onlarsız oynamaq olmaz. Amma indiki halda bu futbolçuları kimlə əvəz edəcək? Heyətdə sürprizlər çoxdu. Bu heyətlə İtaliya və Xorvatiya kimi komandalara qarşı oynamaq çətin olacaq. Səfərdən yaxşı nəticəylə qayıdacağımıza inanmıram. Təki biz yanılaq. Lakin Bolqarıstanla oyundan sonra nikbin düşünmək çətindi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.