1 oktyabr 2014 11:20

Muarem: Neftçidən daha yaxşı oynayıb, İnterə qalib gəlməyə çalışacağıq

"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muaremin azerisport.az saytına müsahibəsi

- Yəqin ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "İnter"lə oyuna yaxşı əhval ruhiyyədə yollanırsız. Son turda "Neftçi"yə qarşı oyunun ikinci hissəsində meydana çıxsaz da, qol vurduz...
- Baş məşqçi mənə nə vaxt güvənirsə, o vaxt meydana çıxıram. Bu zaman əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

- Milanda legioner limiti olmayacaq və güman ki, siz də oynayacaqsız. İki futbolçunuzun zədəli olması da sizin şansınızı artırır...
- Ümid edirəm. Belə oyunlarda hamı oynamaq istəyir. İlk dəqiqələrdən meydana olmağımla sonradan oyuna qoşulmağım vacib deyil. Əsas komandamızın yaxşı çıxışıdı.

- "Neftçi" ilə oyunun ikinci hissəsi göstərdi ki, siz artıq "İnter"lə oyunu düşünürsüz...
- Ola bilər. Hər halda bu görüş çempionat oyunundan daha vacibdi.

- Milanda komandanızdan nə gözləyək?
- Çətin oyun olacaq. Amma biz bura uduzmağa gəlməmişik. Ümid edirəm ki, yaxşı çıxış edib, uğurlu nəticə qazanacağıq.

- İki il öncə "Neftçi" Milanda bu komanda ilə 2:2 hesablı heç-heçəyə imza atmışdı...
- Ümid edirəm, biz daha yaxşı oynayıb, qələbə qazanarıq (gülür).

- "Qarabağ"a iki cəbhədə oynamaq çətin deyil?
- Avroliqada çıxış edirik deyə, Premyer Liqanı unuda bilmərik. Gec-tez Avroliqadakı çıxışımız başa çatacaq. Amma TPL-də oynamağa yenə davam edəcəyik. Ona görə əsas rəqiblərimizi çox uzağa buraxmaq olmaz.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.