30 sentyabr 2014 16:32

Dejan Blajevski: Vardarla anlaşmışam? Bu söhbətdən xəbərim yoxdu

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Dejan Blajevski azerisport.az saytına müsahibəsi.
“Qəbələ” ilə görüşdə 1:1 oynadız. Matç haqda fikirlərin necədi?
Matçın çətin keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq. Düşünürəm ki, biz daha yaxşı oynadıq. “Qəbələ”dən də çox qol vurmaq imkanımız oldu. Sadəcə bəxtimiz gətirmədi. Yoxsa qələbə də qazanardıq.
Bunu yaxşı nəticə saymaq olar “Xəzər Lənkəran” üçün?
Biz çox yaxşı komandayıq. Qəbələdəki matçda üç xal qazanmağa çox yaxın idik. Məncə, rəqibdən də yaxşı oynadıq. Amma bayaq da dediyim kimi bəxt bizim tərəfdə deyildi. Əgər bəxt bizim tərəfdə olsaydı indi üç xal qazanmış olardıq. Pis nəticə saymıram bir xalı.
Mustafa Dənizli dönəmində komandanın aparıcı üzvü idiniz. Oğuz Çətin baş məşqçi postuna gələndən sonra isə əsas heyətdə oynamırsız. Bunun səbəbi nədi? Baş məşqçi ilə aranızda problem var?
Xeyr. Mən də bunu bilmirəm. Ancaq dəqiq bilirəm ki, Oğuz Çətinlə heç bir problemim yoxdu. Ona görə də oynamamağımın səbəbini anlaya bilmirəm. Şansımı gözləyirəm hər zaman.
“Qəbələ” ilə matçda meydana çıxdınız və ilk toxunuşdaca qol vurdunuz. Özünü sübut etdiyinizi düşünürsüz?
Mən həmişə komandam üçün ən yaxşısını etməyə hazıram. “Qəbələ” ilə matça da çox həvəsli çıxmışdım. Təbii ki, qol vurmağım məni çox xoşbəxt etdi. “Xəzər Lənkəran”ı məğlubiyyətdən xilas etdim. Sevindirici haldı mənim üçün.
“Xəzər Lənkəran”ın qeyri-stabil çıxışını nə ilə əlaqələndirirsiz? Komanda qələbə qazanır, sonrakı matçda uduzur...
Bu haqda bir söz deyə bilmərəm. Biz bütün rəqiblərə qarşı eyni gücdə oynayırıq. Sadəcə yenə deyirəm ki, bir az bəxtimiz gətirmir. Bəxtimiz gətirsə qələbə seriyası olacaq. Gələcək matçlarda uğurlu oyunlar olacağına əminəm.
Lənkəran azarkeşləri çoxdandı ki, sizdən qol gözləyirdi...
Bizim azarkeşlər Azərbaycanda bir nömrədi. Qol vurub azarkeşlərimizi sevindirməyim mənim üçün çox yaxşı oldu. Hər zaman istəyirəm qol vurmağı. Bunun üçün çalışıram.
Ancaq “Xəzər Lənkəran”a gələndən sonra Makedoniya millisindən uzaq düşmüsüz. Baş məşqçi Boşko Qurovski nədənsə sizi yaddan çıxarıb...
Mən baş məşqçimizi başa düşürəm. Axı “Xəzər Lənkəran”da əsas heyətdə oynamıram. Bu da Makedoniya millisinə çağrılmağımda problem yaradır.
Məlumat yayılıb ki, Blajevski “Vardar”la anlaşıb. Nə vaxt gedirsiz Makedoniyaya?
“Vardar”la anlaşmışam? Bu söhbətdən xəbərim yoxdu. Mənim “Xəzər”lə dekabra kimi müqaviləm var. Ondan sonra nə olacağını isə bilmirəm. “Xəzər Lənkəran”la danışacam. Əgər istəsələr qalacam, isəməsələr ayrılacam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.