30 sentyabr 2014 00:30

"Azərbaycanda istedadlı futbolçuların olduğunu bütün dünyaya göstərmək istəyirəm"

"Bakı"nın yarımmüdafiəçisi Mahir Mədətovun azerisport.az saytına müsahibəsi

- "Araz Naxçıvan" üzərində qazandığınız qələbə ilə bağlı nə deyə bilərsiz?
- Bilirdik ki, çətin olacaq. Hər iki komandanın 3 xala çox ehtiyacı vardı. İlk dəqiqələrdə rəqibdən daha yaxşı oynadıq və hesabı açdıq. Daha bir neçə qol vura bilərdik. Amma ikinci hissənin əvvəlindəki arxayınlığımız nəticəsində rəqib bizi cəzalandırdı. Şadam ki, hər şeyə rəğmən, sonda qələbə qazanan biz olduq. Çalışacağıq ki, bundan sonra daha yaxşı oynayaq.

- Bu, sizin "Bakı" ilə Premyer Liqadakı debüt matçınız oldu...
- Çox şadam ki, debütümü özümə doğma olan klubumda etdim. Bu günü heç vaxt unutmayacağam. Etiraf edim ki, oyundan öncə mənə meydana çıxacağımı bildirmişdilər. Hesab 1:1 olanda meydana çıxdım. Deməzdim ki, oyunun taleyini mən dəyişdim. Amma bütövlükdə, debütümün uğurlu alındığını düşünürəm. Çox çalışdım, hətta qol da vura bilərdim. Bundan sonra əsas hədəfim əsas heyətdə möhkəmlənmək olacaq. İnanıram ki, buna nail olacam.

- "Lans"da niyə qalmadız?
- Bu barədə hərə bir söz deyir. Guya məni orada bəyənmədiklərinə görə götürməyiblər. Amma mən səmimi danışacam. Hazırda hələ 18 yaşım tamam olmayıb. Azərbaycan vətəndaşı olduğuma görə, hələ Fransa klubu ilə müqavilə imzalamağım mümkünsüzdü. Gələn il, iyulun 1-də 18 yaşım tamam olacaq. "Lans"la da həmin vaxt müqavilə imzalayacam.

- "Bakı" bu kluba keçidinizə razıdı?
- Bizim klub həmişə futbolçularının xarici komandalarda oynamasının tərəfdarı olub. "Baş məşqçi buraxmır" kimi söhbətlər hamısı yalandı. İbrahim Uzunca da futbolçuları düşünür. O, şəxsən mənə elə bir söz deməyib.

- Sizcə, "Bakı"da əsas heyətdə oynamaq daha yaxşıdı, yoxsa "Lans"ın əvəzedici heyətində?
- "Lans" olmasaydı, mən indi "Bakı"nın əsas heyətində oynaya bilməzdim. Orada olduğum müddətdə böyük təcrübə topladım. Əlbəttə, təəssüf ki, "Lans"da qala bilmədim. Amma başqa bir məqam da var. Burada əsas heyətdə oynasam, "Lans"a getmək şansım da çoxalacaq.

- "Lans"da sizə nə dedilər?
- Orada əsas komandaya qədər yüksələcəyimə inanırlar. Fiziki cəhətdən uduzmuram, texniki baxımdan çoxlarından yaxşıyam. Amma orada "texnika"ya az diqqət yetirirlər. yeganə vaxt aparan məqam adaptasiya ilə bağlı olacaq. Buna baxmayaraq, orada olduğum müddətdə 4 oyunda meydana çıxdım, hamısında da qol vurdum.

- Sizin sözlərinizdən belə çıxdı ki, "Lans" sizin yolunuzu gözləyir?
- Bəli. Onlar hələ də mənimlə maraqlanırlar.

- Hansı komandada özünüzü daha xoşbəxt hiss edirsiz?
- "Lans"a dəvət olunmağıma, məni bəyənmələrinə çox sevinirəm. Əlbəttə, "Bakı"da mənə daha rahatdı. Çünki vətənimdəyəm. Fransız dilini bilsəydim, mənə orada da rahat olardı. Orada bütün fikrim futbola yönəlir. Azərbaycanda da istedadlı futbolçuların olduğunu bütün dünyaya göstərmək istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.