29 sentyabr 2014 16:15

Maksim Medvedev: İnter olmasaydı, Neftçiyə qarşı pis də oynaya bilərdik

"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi

- Milan "İnter"i ilə oyundan nə gözləyirsiz?
- Ora mübarizə aparmaq üçün gedirik. Rəqibin gücünü bilirik. "Qarabağ" Avropada yeni oynamağa başlayıb. Amma "İnter" az qala bütün avrokubokların iştirakçısıdı. İstənilən halda Milana gəzməyə getmirik.

- "Neftçi" "İnter"lə heç-heçə oynamışdı (2:2). "Qarabağ" da eyni uğuru təkrarlaya biləcək?
- O vaxt "Neftçi" çox sakit və sərbəst oynamışdı. Onların itiriləsi heç nəyi yox idi. Çempionatda da özlərini inamlı göstərirdilər. Rəşad Sadıqov da əla qola imza atmışdı.

- Çumbinyo və Danilo Diasın yoxluğu nə dərəcədə hiss olunacaq?
- Onlar bizim aparıcı futbolçularımızdı. Amma onların yoxluğunu hiss etdirməməliyik.

- Rəşad Sadıqov da oynaya bilmir. "Neftçi" ilə oyunda onsuz çətin olmadı?
- Ağrıları olduğundan oynaya bilmir. Fikrimcə, Admir Teli inamlı çıxış etdi.

- Azərbaycan derbisi barədə də fikirləriniz maraqlıdı...
- Oyun yaxşı hazırlamışdıq. İtkilərimiz olsa da, meydana qələbə üçün çıxmışdıq. Ehtiyatlı oynamağa çalışırdıq. Çünki "Neftçi" təhlükəli rəqibdi. Onlarla açıq futbol oynamaq qorxuludu. Bundan sonra da oxşar nəticələr qazanacaq gücdəyik.

- Qarşıda "İnter"lə oyun olmasaydı, derbidə daha çox güc sərf edərdiz?
- Ola bilsin ki, daha pis oyun sərgilərdik. Sadəcə, indi biz özümüzü qorumağa çalışırıq.

- Buraxılan qol arxayınlıqdan irəli gəlirdi?
- Bəli. Düşündük ki, qapıçı topa çıxacaq və götürəcək. Amma Nfor həmin epizodda sona kimi oynadı.

- Riçard Almeydanın əvəzlənməsi nə ilə əlaqədar idi?
- Ona qarşı çox kobud oynayırdılar. Buna görə də baş məşqçimiz onu qorumağı düşündü.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.