29 sentyabr 2014 13:30

Zaur Axundov: Ukrayna mətbuatı yalan yazır

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun azerisport.az saytına müsahibəsi

- AÇ-2016-nın seçmə mərhələsinin püşkünü necə dəyərləndirərdiz?
- Belçikaya qarşı heç vaxt oynamamışıq. Ukrayna isə bizim üçün tanış rəqibdi. İlkin mərhələdən də Bolqarıstanla Yunanıstanı gözləyirik. İstənilən halda, bizə asan olmayacaq. Heyətimiz çox dəyişik. Yığmaya 7-8 gənc futbolçu cəlb olunub. Dekabr və yanvarda təlim-məşq toplanışlarımız olacaq. Komandanın qarşısına ardıcıl dördüncü dəfə Avropa Çempionatına vəsiqə qazanmaq vəzifəsi qoyulacaq.

- Braziliyalılarsız çətin olmayacaq?
- Şübhəsiz ki, çətin olacaq. Yığmanın 80 faizi yerli futbolçulardı. Azərbaycan millisində maksimim 2-3 braziliyalı görəcəksiz. Amma baş məşqçiyə də demişəm ki, millidə əsas yerlilərə üstünlük verilməlidi.

- Hansı baş məşqçiyə? Ukrayna mətbuatı Joze Alesionun Qazaxıstan "Kayrat"ına keçmək üzrə olduğunu deyir...
- Mən də bu barədə oxumuşam və sizə deməliyəm ki, Ukrayna mətbuatı yalan danışır. O, heç yerə getmir. Alesio "Araz" klubunda və yığmamızdakı işini davam etdirəcək. Braziliyalı mütəxəssis beş ildən çoxdu ölkəmizdədi və çoxlu uğurlara imza atıb. Onun indi yığmaya cəlb olunan gənc futzalçılarımızın da inkişafında az rolu olmayacaq.

- Onunla müqavilənin müddəti nə vaxt bitir?
- Bizim onunla mayın sonunadək müqaviləmiz var.

- Ölkə çempionatının ilk turu qalmaqalla yadda qaldı...
- Belə olaylar bütün idman növlərində yaşanır. Bütün komandalar iddialıdılar. Ona görə belə mübahisələr hələ çox olacaq. Özüm də bütün prinsipial oyunlarda iştirak etməyə çalışıram ki, çatışmazlıqları görüm. Rəqabət artıb və hər kəs çempion olmaq istəyir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.