29 sentyabr 2014 00:06
Futbolçularımızın komandası darmadağına üzüldü
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçular Vaqif Cavadov, Rəhman Hacıyev, eləcə də Ufuk Budağın komandası "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Antalyaspor"la qarşılaşıb. Görüş 3:0 hesabıyla meydan sahiblərinin xeyrinə başa çatıb. Budak bu oyunda start heyətdə meydana çıxıb. Cavadov 63-cü dəqiqədən mübarizəyə qoşulub. Hacıyev isə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "Qaziantep BB" 3 xalla 15-ci yerdə gedir.
