29 sentyabr 2014 00:01
Qarabağın rəqibini evdə darmadağın etdilər
Futbol üzrə İtaliya çempionatında 5-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "İnter" də növbəti matçını keçirib.
Milan klubu öz meydanında "Kalyari"ni qəbul edib. Qarşılaşma 1:4 hesabıyla qonaqların gözlənilməz qələbəsiylə başa çatıb.
Qeyd edək ki, "İnter" hazırda 8 xalla 4-cü yerdə gedir. "Qarabağ" oktyabrın 2-də Milanda "İnter"in qonağı olacaq.
