28 sentyabr 2014 11:00

Riçard Almeyda: Neftçi ilə oyun göstərdi ki, Qarabağda əvəzolunmaz futbolçu yoxdu

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Neftçi" üzərində 3:1 hesablı qələbədən sonra azerisport.az saytının suallarını cavablandırıb:

- "Neftçi" üzərində qələbə çətin alındı?
- Bəli. Belə olacağını bilirdik. Mənə elə gəlir ki, "Qarabağ" bu gün daha yaxşı oynadı. Komanda yoldaşlarımı qələbə münasibətilə təbrik edirəm.

- Çumbinyo və Danilo Diasın yoxluğu hiss olunurdu?
- Bizim onları əvəzləyəcək futbolçularımız var. Çumbinyo ilə Dias bizə lazımlı futbolçulardı. Amma "Neftçi" ilə oyun göstərdi ki, bizdə əvəzolunmaz futbolçu yoxdu.

- "Neftçi" sizə qarşı çox kobud oynayırdı...
- "Neftçi"nin belə oyun tərzinə üstünlük verdiyini öncədən də bilirdik. Bu, futboldu, başqa nəsə gözləməyə də dəyməzdi. Əsas odu ki, oyun göstəricilərinə görə rəqibi üstələyə bildik.

- Sizin növbəti oyununuz Milan "İnter"inə qarşı olacaq. Həmin oyundan nə gözləyirsiz?
- Bu gün sərgilədiyimiz oyunu "İnter"lə görüşdə təkrarlamaq bizə çətin olacaq. İtaliya təmsilçisi tamamilə fərqli səviyyədə bir komandadı. Amma Milanda da yaxşı oynamağa çalışacağıq.

- Bu yaxınlarda məlum oldu ki, Reynaldonun Azərbaycan yığmasında oynaması mümkün olmayacaq...
- Mənə elə gəlir ki, onun Azərbaycan yığmasında oynaması hər kəs üçün yaxşı olardı. AFFA onun milliləşdirilməsinə nail olmaq üçün əlindən gələni etməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.