28 sentyabr 2014 01:40
Tounkara: Yaxşı nəticədən başqa heç nə istəmirik
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində qarşılaşacaqları "Qəbələ" ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ciddi hazırlaşmışıq. Növbəti rəqibimiz çox güclüdü. Yaxşı nəticədən başqa heç nə istəmirik. Bunun üçün kifayət qədər gücümüz və yaxşı heyətimiz var".
