28 sentyabr 2014 01:35
Qarabağın rəqibi kubok oyununda məğlub oldu
Futbol üzrə Ukrayna Kubokunda 1/8 final mərhələsinin ilk oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"ın rəqibi olan "Dnepr" də bu turnirdə növbəti matçına çıxıb.
Dnepropetrovsk təmsilçisi bu mərhələdəki rəqibi "Volın"la ilk oyununu səfərdə keçirib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb. Qonaqlar 37-ci dəqiqədə təyin olunan penalti zamanı məğlub duruma düşüblər.
Qeyd edək ki, bu komandalar arasındakı cavab görüşü oktyabrın 29-da keçiriləcək.
