28 sentyabr 2014 01:25
Railsiz Dənizlispor liderlə sülh bağladı
Türkiyə PTT 1-ci Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq futbolçusu Rail Məlikovun komandası "Dənizlispor" da növbəti matçına çıxıb.
Dənizlilər doğma meydanda lider "Osmanlıspor"u qonaq ediblər. Qarşılaşma 2:2 hesabıyla başa çatıb. Məlikovun adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Hazırda Railin komandası 6 xalla 5-ci yerdə gedir.
