28 sentyabr 2014 01:15
Subaşiçin komandası yenə məğlub oldu
Türkiyə PTT 1-ci Liqasında 4-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası "Manisaspor" da növbəti matçına çıxıb.
Manisalılar səfərdə "Adanaspor"un qonağı olublar. Qarşılaşma 3:2 hesabıyla autsayder komandanın - meydan sahiblərinin xeyrinə başa çatıb. Subaşiç bu oyunda 90 dəqiqə meydanda olub.
Hazırda Branimirin komandası 3 xalla 14-cü yerdə gedir.
