28 sentyabr 2014 00:55
Simurq Sumqayıtla duelə hazırdı
Topaz Premyer Liqasının 7-ci turunda "Sumqayıt"ı qonaq etməyə hazırlaşan "Simurq" artıq çalışmaları başa vurub. Azerisport.az xəbər verir ki, ötən gün növbəti məşqinə çıxan "sarı-qaralar"ın heyətində yalnız Murad Səttarlı komandadan ayrı çalışıb.
Dizindən əməliyyat olunan və hələ də Zaqatala təmsilçisinin formasını geyinə bilməyən Vüqar Mustafayev artıq tam hazırdı. Yüksək temperatur səbəbindən ötən tur "Qarabağ"la görüşdə meydana çıxa bilməyən İlkin Qırtımov da "Sumqayıt"la oyunun hazırlıqlarında iştirak edib.
















