28 sentyabr 2014 00:05

Ağabala Ramazanov: Berti Foqts çağırsa, hazıram!

"Xəzər Lənkəran"ın hücumçusu Ağabala Ramazanovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ" ilə oyundan nə gözləyirsiz?
- Bütün oyunlarda qələbə qazanmaq olar. Bu oyuna da qələbə üçün çıxacağıq. Başqa çıxış yolumuz yoxdu. Amma təbii ki, çətin olacaq.

- "Araz Naxçıvan"la son oyundakı qələbə sayəsində "Xəzər Lənkəran"ın işlərinin düzəldiyini demək olar?
- Mənə elə gəlir ki, belə də olacaq. Bizim çox güclü heyətimiz var. Sadəcə, lazım olan nəticələri qazana bilmirik.

- Naxçıvanlılarla oyundan razı qaldız?
- Bəli. Yaxşı hazırlaşmışdıq. Ondan əvvəlki oyunlarda qeydə alınan nəticələrimiz ürəkaçan deyildi. Ona görə də qələbə qazanmağa borclu idik. Əsas da odu ki, buna nail olduq. Sadəcə, qolu çox gözləməli olduq. Bütün oyunu hücumda keçirdik. Rəqib isə ancaq müdafiə olunurdu.

- Razılaşın ki, gözlənilən qələbə idi?
- Yəqin ki, çoxları bizim bu oyunda çox qol vuracağımızı gözləyirdi. Amma etiraf edim ki, özümüz də bu oyunda qələbədən başqa nəticə barədə düşünmürdük.

- Hər iki qolda sizin payınız oldu. Öncə qol ötürməsi etdiz, sonra özünüz fərqləndiz...
- Buna çox sevindim. Ancaq əsas odu ki, qələbə qazandıq. Mənim üçün kimin qol vurmasının fərqi yoxdu. Bu qələbə bizim motivasiyamızı daha da gücləndirməlidi.

- Komandanın indiki durumundan razısız?
- Əlbəttə. Amma biz daha yaxşı vəziyyətdə olmalıyıq. Sadəcə, bəzi oyunlarda bəxtimiz gətirməyib. İnanıram ki, bizdə hər şey qaydasında olacaq.

- Artıq U-21-lə seçmə mərhələyə yekun vurmusuz. Əsas milliyə dəvət gözləyirsiz?
- Yığmaya dəvət almaq üçün bütün gücümü qoyacam. Əgər millinin baş məşqçisi Berti Foqts mənə dəvət göndərsə, millidə layiqli çıxış etməyə hazıram.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.