Əhmədov: 70 dəqiqə mən istəyən futbolu oynadılar
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Sumqayıt”la oyundan sonra futbolçularımla söhbətim olmuşdu. Bildirmişdim ki, komanda ev oyununda uzun müddətdi qələbə qazanmır. Hesab edirəm ki, oyunçularım mübarizə apardılar. İlk hissədə daha çox hücum etdik. İkinci hissədə isə mənim tapşırığıma əsasən komanda bir qədər geri çəkildi. Düşünürəm ki, 70 dəqiqə mən istəyən futbolu oynadılar. Biz ikinci hissədə rəqibə görə oynamağa başladıq. Bəzi epizodlar oldu ki, uğur qazana bilərdik. Amma alınmadı. Daha sonra bir səhv buraxdıq. Həmin səhvdən sonra rəqib qol vurdu və yekun nəticəni müəyyənləşdirdi. Artıq oyunu unutmalı və qarşıdakı görüşlərə hazırlaşmalıyıq. Bunun üçün vaxtımız var”.
