27 sentyabr 2014 19:00
Riçard Almeyda: Azərbaycan yığmasında oynasam, şadam olaram
"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan yığmasında oynamaq istəyindən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"AFFA-dan mənə heç kim müraciət etməyib. Amma əgər bu, baş versə, təklifi qəbul edərəm. Düzdü, braziliyalıyam. Amma Azərbaycanda oynayıram. Buna görə də çətin ki, Braziliya yığmasına dəvət alım. Azərbaycan yığmasında oynasam, buna çox sevinərəm".
