27 sentyabr 2014 18:30
XL Qəbələyə, Simurq Sumqayıta divan tutdu
Topaz Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatında 7-ci tura yekun vurulub. Azerisport.az xəbər verir ki, son oyun günündə 2 görüş baş tutub.
“Xəzər Lənkəran” səfərdə “Qəbələ”yə, “Simurq” evdə “Sumqayıt”a böyük hesabla qalib gəlib.
Əvəzedicilərin çempionatı
7-ci tur
27 sentyabr
Qəbələ - Xəzər Lənkəran - 0:3
Qollar: Bəhruz Teymurov, 12. Elsevər Bəkirzadə, 58-pen. Vəzir Musayev, 62-öz qapısına.
Simurq - Sumqayıt - 5:0
Qollar: Roni İsmayılov, 6. Tapdıq Əliyev, 34. Nicat Muxtarov, 60. Vüsal İsgəndərli, 74. Şahin Əliyev, 77.
