27 sentyabr 2014 18:20
Qurban Qurbanov: Neftçi məğlub olsa da...
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Yaxşı oyun alındı. Azarkeşlər 4 qol izlədilər. Sona kimi oyun intizamını qoruyan futbolçularımdan razı qaldım. “Neftçi”nin yaxşı oyunçuları çoxdu. Onlar imkanlardan istifadə edə bilirlər. “Neftçi” bu gün məğlub olsa da, yaxşı oyun göstərdi. Almeydanın zədəsi ciddi deyil. Ağrıları çox olsaydı, davam edə bilməzdi. Bizi qarşıda “İnter”lə çətin oyun gözləyir. İtaliya klubuna qarşı oyunda ən azından layiqli mübarizə aparacağıq”.
