27 sentyabr 2014 11:15

Qurbanov: Qarabağın hansı heyətlə oynamasının bizim üçün fərqi yoxdu

"Neftçi"nin hücumçusu Ruslan Qurbanovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la oyundan nə gözləyirsiz?
- Bu oyuna ciddi hazırlaşmışıq. Kifayət qədər motivasiya var. Rəqib də güclüdü. Fikrimcə, bizi maraqlı və çətin oyun gözləyir.

- "Qarabağ"ın qarşıda Avropa Liqası çərçivəsində İtaliya "İnter"i ilə oyunu var. Bu, sizə əlavə üstünlük qazandıra biləcək?
- Bizim üçün rəqibin hansı heyətlə oynamasının fərqi yoxdu. Bu, onların öz işidi. Biz istənilən halda üç xal üçün oynayacağıq. Kimin daha güclü olduğunu isə oyun göstərəcək.

- Sizcə, "Neftçi" bu mövsüm daha güclüdü?
- Bəli, mənə elə gəlir ki, bu mövsüm biz daha da güclənmişik. Amma bu, hələ heç nə demək deyil. Biz hər bir oyuna sonuncu kimi baxmalıyıq.

- Komandanız çempion ola biləcək?
- Allah eləsin. Biz də bunun üçün mübarizə aparırıq. Amma çox ciddi rəqabət yaratmaq lazımdı.

- Sizi niyə meydanda görmürük?
- Bu sualı baş məşqçiyə vermək lazımdı. Mən məşqlərdə tam gücümlə çalışıram.

- Başqa kluba icarəyə getmək haqda düşünmürsüz?
- Əlbəttə, az oynadığımı görsəm, bu barədə düşünə bilərəm. Rəhbərlikdən xahiş edərəm ki, məni başqa kluba icarəyə versinlər. Amma öz üzərimdə daha çox çalışmağım lazımdı.

- Bu barədə Arif Əsədovla söhbətiniz olub?
- Onunla münasibətlərimiz normaldı. Fikrimcə, hər şey yaxşı olacaq. Ona da vaxt lazımdı. Bundan sonra o, komandanı çempion edə biləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.