27 sentyabr 2014 00:40
İlqar Qurbanov: İnterlə oyunu Neftçi matçından sonra düşünəcəyik
"Qarabağ"ın yarımmüdafiəçisi İlqar Qurbanov Topaz Premyer Liqasının 6-cı turu çərçivəsində qarşılaşdıqları "Simurq"la oyundan, eləcə də bu gün üz-üzə gələcəkləri "Neftçi" ilə görüşdən danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Yaxşı oyun oldu. Azarkeşlər maraqlı futbol izlədilər. Fikrimcə, biz "Simurq"la oyunda bir daha necə vahid komanda olduğumuzu göstərə bildik. Bizdə birinci və ya ikinci heyət söhbəti yoxdu. Artıq "Neftçi" ilə oyunu düşünürük. Yalnız bu görüşdən sonra Avropa Liqasında qarşılaşacağımız "İnter"lə görüş barədə fikirləşəcəyik".
