27 sentyabr 2014 00:20
Cahangir Həsənzadə: 7 xal bizi qane etmir
"Xəzər Lənkəran"ın qapıçısı Cahangir Həsənzadə Topaz Premyer Liqasının 7-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələyə 3 xal üçün gedirik. Çətin olacaq, amma biz "Qəbələ" ilə oyunda bütün gücümüzü meydana qoymalıyıq. Altı turdan sonra cəmi 7 xal qazana bilmişik. Amma bu, bizi qane etmir. Vəziyyətimiz o qədər də çətin deyil. Qarşıdakı 3-4 oyunda ardıcıl qələbə qazansaq, hər şey yaxşılaşacaq. Hər şey komandamızdan asılıdı. Bir az da bəxtimiz gətirsə, son dövrlərdəki uğursuzluqları unutdura bilərik".
