27 sentyabr 2014 00:15
Vitali Borisov: Yığmamız normal qrupa düşüb
Futzal üzrə Azərbaycan yığmasının üzvü Vitali Borisov AÇ-2016-nın seçmə mərhələsinin püşkatmasını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Normal qrupa düşmüşük. Daha çətin qrupda yer ala bilərdik. İlkin mərhələdən böyük ehtimalla Yunanıstan və ya Bolqarıstan bizə rəqib olacaq. Əsas rəqiblərimizə gəlincə, Belçikaya qarşı heç vaxt oynamamışıq. Orta səviyyəli komandadı. Ukrayna isə ciddi rəqibdi. Onlarla bir neçə dəfə qarşılaşmışıq, həm uduzmuşuq, həm qalib gəlmişik. Oyunlar mart ayında olacaq. Ona görə nəyin necə bitəcəyini indidən deyə bilmərəm. Bütün oyunlar Bakıda keçirələcəyinə görə, növbəti mərhələyə vəsiqə qazanmağa borcluyuq. Birinci və ya ikinci yerlə qrupdan çıxmağın fərqi yoxdu".
