27 sentyabr 2014 00:10

Azərbaycan derbisi və autsayder savaşı

Bu gün və sabah Topaz Premyer Liqasında 7-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilədən öncə baş tutacaq turun görüşləri iki gündə reallaşacaq.

Həftənin mərkəzi oyunu “Neftçi” və “Qarabağ” arasında olacaq. Milli çempionatlar tarixində güclülər dəstəsinin daimi iştirakçısı olan iki komanda 57-ci dəfə qarşılaşacaq. Bu oyunadək eyni sayda (17) qələbəyə malik rəqiblərin duellərində “Neftçi” yalnız top fərqində öndədi - 54:52. Amma son 4 oyunda cəmi 2 xal qazanan bakılılar öz meydanındakı 4 qarşılaşmada 1 heç-heçə edə bilib. Tərəflər bütövlükdə 22 dəfə meydanı sülhlə tərk ediblər. Son çempionla kubokun qalibi mövsümə çox yaxşı başlamasa da, hər halda turnir cədvəlinin üst pillələrindədilər. Meydan sahibi olaraq müəyyən üstünlüyə malik Arif Əsədovun komandası qalib gəlsə, liderlər qrupunda mövqeyini möhkəmləndirəcək. Ağdam təmsilçisi qalib gələcəyi halda isə, ən azı "Neftçi"ni qabaqlamış olacaq. Baxmayaraq ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsində İtaliya "İnter"i ilə oyun ərəfəsində bu komandanın Azərbaycan derbisində tam gücü ilə mübarizə aparması bir o qədər də inandırıcı görünmür.

Bu oyunla eyni saatda “Bakı” doğma meydanda “Araz Naxçıvan”la qarşılaşacaq. 13 ildən sonra yeni ad altında üz-üzə gələcək komandalar 5-ci duelə çıxacaq. Bu oyunlarda minimal üstünlük Naxçıvan təmsilçisinin tərəfindədi. Onlar son iki oyunda da qalib gəlib. Bir qarşılaşmada zolaqlılar sevinibsə, daha bir qarşılaşma sülhlə bitib. Top fərqində isə naxçıvanlılar öndədilər - 6:2. İlk turda "Neftçi" üzərindəki qələbədən sonra bir qayda olaraq, məğlubiyyətləri sıralayan Əsgər Abdullayevin komandası uğursuz gedişata son qoymaq üçün yaxşı şansa malikdi. Rəqib düşərgədə isə vəziyyət daha acınacaqlıdı. Maliyyə problemlərindən əziyyət çəkən, gənclərin ümidinə qalan "zolaqlılar" son turda da "İnter"ə biabırçı hesabla uduzub. Bakılılar özü kimi autsayderə çevrilən "Araz Naxçıvan"la görüşdə həmin yenilgini unutdurmağa çalışacaq. Mümkündü ki, paytaxt təmsilçisi yeni mövsümdə ilk qələbəsini də qazansın. Amma bunun heç də asan olmayacağı dəqiqdi.

Günün son oyununda isə lider "İnter" səfərdə AZAL-la qarşılaşacaq. 23-cü paytaxt derbisi öncəsi “İnter” daha çox qələbə qazanıb - 7. Son 3 qarşılaşmada qalib gələn bu komanda rəqib meydanında 4 matçdı ki, uduzmur. AZAL paytaxt derbilərində cəmi 5 dəfə qalib gəlib. Daha 10 qarşılaşmada isə heç-heçə qeydə alınıb. “İnter” top fərqində də cüzi üstünlüyə malikdi - 19:18. "Bankirlər" bu görüşdə də favoritdilər. Yeni mövsümə yaxşı başlayan, hazırda turnir cədvəlinə başçılıq edən bu komanda sərgilədiyi futbola görə AZAL-dan daha üstün görünür. Tərlan Əhmədovun komandası isə əksinə, qeyri-sabit çıxışı ilə seçilir. Son turda "Sumqayıt"ı lider kürsüsündən endirən "təyyarəçilər"in bu dəfə də "İnter"ə eyni aqibəti yaşatmağı nə dərəcədə bacaracağını zaman göstərəcək.

Son oyun günündə öncə “Simurq” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. “Simurq” 10 dəfə qarşılaşdığı rəqibi ilə oyunlarda böyük üstünlüyə malikdi. Bu komanda əvvəlki görüşlərin 9-da qələbə qazanıb. “Sumqayıt”ın uduzmadığı yeganə qarşılaşma son duelə təsadüf edib. Zaqatala təmsilçisi öz meydanında xal da itirməyib. Top fərqi də "Simurq"un xeyrinədi - 17:4. Georgi Çixradzenin komandası son 3 turda üzləşdiyi məğlubiyyətləri unutdurmağa çalışacaq. Cari mövsümə çox uğurlu başlayan Aqil Məmmədovun komandası isə tarixində ilk dəfə "Simurq"a qalib gəlmək üçün mübarizə aparacaq. Amma bu komandanın çətin səfərdən hətta 1 xalla qayıtması da uğur sayıla bilər.

Turun qapanış matçında isə “Qəbələ” “Xəzər Lənkəran”la qarşılaşacaq. Qeyri-sabit oyun sərgiləyən tərəflərin bu duelində kimin güləcəyi maraqla gözlənilir. Əyalət klublarının 23-cü çempionat matçına qonaqlar üstünlüklə çıxacaq. “Xəzər Lənkəran” oyunların yarıdan çoxunda (12-də) qalib gəlib. Cənublular son iki oyunda 3 xal qazanıb. “Qəbələ” son 3 ev matçının hərəsində 2 qol vurub. Əvvəlki görüşlərin 5-də heç-heçə qeydə alınıbsa, 5-də də "Qəbələ" qalib gəlib. Top fərqində də qəbələlilər geridədi - 19:31.

Topaz Premyer Liqası
7-ci tur

27 sentyabr

16:00. Neftçi - Qarabağ
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

16:00. Bakı - Araz Naxçıvan
Hakimlər: İnqilab Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Teymur Fərhadov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

17:00. AZAL - İnter
Hakimlər: Elvin Əsgərov, Nahid Əliyev, Rza Məmmədov, Mahir Məmmədov
Bakı. “AZAL Arena”.

28 sentyabr

18:00. Simurq - Sumqayıt
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov
Zaqatala şəhər stadionu.

19:00. Qəbələ - Xəzər Lənkəran
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov.
Qəbələ şəhər stadionu.
 

1İnter6411193+1613
2Sumqayıt640287+112
3Neftçi531144010
4Qəbələ631267–110
5Qarabağ522165+18
6Xəzər L621345–17
7AZAL521247–37
8Simurq520365+16
9Araz N510447–33
10Bakı5014314–111

Bombardirlər:
4
- Mikel Alvaro (İnter)
3 - Baçana Sxadadze (İnter), Məhəmməd Qurbanov (Sumqayıt), Rəşad Eyyubov (Simurq).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.