26 sentyabr 2014 17:40
Azərbaycan AÇ-2016-da Belçika və Ukrayna ilə qarşılaşacaq
Final mərhələsi 2016-cı ilin 2 - 13 fevral tarixlərində Serbiyanın paytaxtı Belqardda təşkil olunacaq futzal üzrə Avropa çempionatının seçmə mərhələsinin bu gün İsveçrənin Nyon şəhərində püşkatma mərasimi keçirilib. Azerisport.az xəbər verir ki, Bakı vaxtı ilə 17:00-da başlayan tədbirdə AFFA-nın əməkdaşı Asim Xudiyev iştirak edib.
Azərbaycan milli komandası mübarizəyə əsas seçmə mərhələdən qoşulacaq. Bu mərhələnin oyunları 2015-ci il martın 17-dən 22-dək olan müddətdə keçiriləcək. Azərbaycan milli komandasının mübarizə aparacağı qrupun oyunları Bakıda təşkil olunacaq.
Püşkü komandamıza aşağıdakı komandaları rəqib edib:
4-cü qrup: Azərbaycan, Belçika, Ukrayna.
